Prezident İlham Əliyev Mahir Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Mahir Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatıdır. Bu günlərdə onun 70 yaşı tamam olur.