23 Sentyabr 2014 17:00
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

İltimas Məmmədov: “İnsanların evlərdən çıxmadan elektron xidmətlərdən istifadə etməsi üçün bütün imkanlar yaradılıb”

“Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf müşahidə edilməkdədir. Bu inkişaf da təsadüfi deyil. Onlar konkret hədəflərə söykənir və planlı şəkildə atılan addımlardan irəli gəlir”.

Bu fikirləri İctimai Televiziyanın qonağı olan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov söyləyib. Nazir müavini deyib ki, ölkədə əhalinin yaşadığı bütün ərazilər rəqəmsal yayımla əhatə edilib:

“Artıq Azərbaycanın özünün peyki var və telekanallarımız öz peykimizin üzərindən yayımlanır. İnformasiya cəmiyyətinin inkişafı üçün lazım olan bütün xidmətlər digər qurumlarla birlikdə elektron hökumətin, elektron xidmətlərin təşkilində çox böyük nailiyyətlər əldə edilib. Bu gün insanların ucqar kəndlərdən də hansısa məmurun qəbuluna gəlməyinə, inzibati binalarda növbəyə durmağına ehtiyac qalmayıb. Artıq onlara evlərdən çıxmadan elektron xidmətlərdən istifadə etməsi üçün bütün imkanlar yaradılıb. Hesab edirəm ki, bu sahədə görüləcək işlərimiz də çoxdur. Əldə edilən nəticələr imkan verir ki, ölkə üzrə insanların İKT-yə olan tələbatı tam ödənilsin. Ona görə də Azərbaycan digər ölkələrlə müqayisə olunduqda göstəricilərimizin yaxşılaşdığı üzə çıxır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər