30 Yanvar 2020 08:24
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlanışdan keçiriliblər.

Teleqraf.com xəbər verir ki, təyyarədən enən 85 sərnişini öncə koronavirusla bağlı tibbi yoxlanışdan keçiriblər. Onların əksəriyyəti Azərbaycan vətəndaşıdır.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıb. Bu zaman digər istiqamətdə hava limanına gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçmələrinə icazə verilməyib.

Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçidinə icazə veriləcək. Hazırda İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözlədilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər