4 Fevral 2020 09:23
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq" ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib".

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Tanrıverdi Mustafayevin sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur: "Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Küləklər xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında güclü olub. Bu səbədən də "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür.

Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər