Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.