Xəzərdən Avropaya enerji daşıyıcıları ixrac edən və Rusiyadan yan keçən bütün boru kəməri layihələri Avropa İttifaqı tərəfindən dəstəklənməlidir.
ANS PRESS-in məlumatına görə, bunu Avropa Parlamentinin deputatı Ceffri Van Orden Cənub Qaz Dəhlizi ilə bağlı danışarkən deyib.
Xatırladaq ki, tikintisinə ötən həftə Bakıdakı rəsmi mərasimlə start verilən Cənub Qaz Dəhlizi layihəsi Xəzər qazının Avropanın şərqinə və cənubuna, oradan isə digər yerlərə çatdırılmasını nəzərdə tutur.