30 Sentyabr 2014 16:05
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş bayraqdar” ləqəbli Elman Həsənov jurnalist Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət etdiyini təsdiqləyib. O, Teleqraf.com-a açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirir.

“Azadlıq" radiosunun əməkdaşı, jurnalist İsmayılova Xədicə Rövşən qızının yalan olduğunu bilə-bilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, “Elman Türkoğlu” və “Baş bayraqdar” ləqəbləri ilə tanınan Həsənov Elman Həsən oğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslə cinsi əlaqədə olması barədə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları, habelə onu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayması ilə əlaqədar E.Həsənov onun Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə müraciət edib.

E.Həsənov bildirdi ki, ötən il sosial şəbəkələrdə onun "verbovka" olunaraq müxalifətin əleyhinə işləməsinə dair məlumatlar yayılıb: "Bununla bağlı hətta imzalı saxta sənəd də paylaşılıb. Sənəddə mənim necə ələ alınmağım və müxalifətin əleyhinə işləyəcəyimə dair razılığım öz əksini tapıb. Həmin sənəd özünü AXCP üzvü kimi təqdim edən Mustafa Kozulunun Facebook profilində yerləşdirilib. Mən barəmdəki saxta məlumatlarla bağlı bir neçə ay öncə Xədicə İsmayılovaya məktub yazmışam. Orada qeyd etmişəm ki, 3-4 il bundan qabaq Xədicə İsmayılova və AXCP-yə yaxın şəxslər Mustafa Kozulunun adına bir neçə saxta profillər açaraq məni və ailəmi təhqir etməyə başlayıb. Əndazəni aşaraq saxta bir sənəd hazırlayıblar ki, guya mən agentəm. Guya hər ay agentliyimə görə 600 manat maaş alıram. Yazırlar ki, guya mən 1992-ci ildə Elçibəyin hakimiyyəti dövründə Şəkidə azyaşlı qızı zorlamışam. Guya həmin məsələ ilə əlaqədar mənim barəmdə də hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Guya Elçibəyin müdaxiləsindən sonra cinayət işi bağlanıb".

“Baş bayraqdar” qeyd etdi ki, o, X.İsmayılovaya üzr istəmək üçün vaxt verib, amma o, bundan imtina edib: "Xədicə İsmayılova mənim şərəf və ləyaqətimi ayaqlar altına atdı, hər gün təhqir olunuram. Məhkəməyə müraciətdə məqsədim bu ittihamlara aydınlıq gətirmək və Xədicə İsmayılovanın cəzalandırılmasıdır"


Müəllif:

Oxşar xəbərlər