2 Oktyabr 2014 18:11
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli sentyabırın 19-da yol qəzası törədib.

Teleqraf.com xəbər verir ki, həmin gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Teleqraf.com-a bildirib ki, hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq- mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib.

"Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar” deyə Ehsan Zahidov bildirib.

Ehsan Zahidov əlavə edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Onun sözlərinə görə, araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.

Hacı Zeynalov


Müəllif: