Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumdan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə rifah və tərəqqi arzulayıram".