İlqar Mirzəyev son nəfəsinə qədər millətinə, Vətəninə sadiq olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri polkovnik İlqar Mirzəyevin qardaşı Rəfael Mirzəyev vida mərasimində deyib.
"Fəxr edirdik ki, ondan düşmən qorxurdu. Biz Vətənin xidmətində qonşuluqda yaşadıq. Bu dünyadan köçəndə o dünyada da qonşu olaq. Mən istəyərdim Azərbaycan xalqı yumruq kimi birləşsin, qardaş itkisi verməyək.
Ali Baş komandan sabah komanda versə, biz ön cəbhədəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə o bildirib.