15 İyul 2020 23:11
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.

“Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Sizin tapşırığınızla operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir”, - deyə baş nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər