16 İyul 2020 23:31
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı 10 min nəfər azalaraq 1,3 milyona çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Nazirliyi məlumat yayıb.

Bildirilir ki, işsizlik müavinətlərinə müraciətlərin sayı iyulun 11-də başa çatan həftədə 1,3 milyona düşüb. Perspektiv 1.25 milyon idi. Davam edən müraciətlər 4 iyulda 422 min azalaraq 17 338 milyon olub.

Qeyd olunur ki, bir əvvəlki həftədə işsizlik müavinəti üçün müraciətlər 4 min azalaraq 1.31 milyon olub. Pandemiyadan əvvəl fevral ayında 200 minə yaxın müraciət edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər