26 Sentyabr 2020 21:32
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişənin sülh yolu ilə həlli ancaq belə ola bilər ki, 7 rayon tam olaraq qaytarılır, Dağlıq Qarabağın müstəqilliyi tanınmır və ən yüksək muxtariyyət statusu verilir. Amma güman etmirəm ki, ermənilər bu variantla razılaşsınlar. Ona görə də Qarabağ məsələsinin yeganə həll yolu olaraq müharibə qalır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Musavat.com-a geniş müsahibəsində professor İlham Rəhimov deyib.

O, “müharibə üçün Rusiya ilə münasibətlərdə hansı korrektələr lazımdır” sualına bu cür cavab verib:

“Deputat Qüdrət Həsənquliyevin bəyəndiyim və çox sadə şəkildə izah olunan bir fikri var: elə bir zaman yetişib ki, biz artıq Rusiya ilə oturub açıq şəkildə danışmalıyıq. Rusiyaya deməliyik ki, sən bizimlə dost, qonşusan və münasibətlərimizi də qoruyaraq genişləndirək.

Konkretlik lazımdır, ədalət biz tərəfdədir və Rusiya da münaqişəyə obyektiv yanaşmalıdır. Rusiya ilə danışıqlarda bu cür konkret olmaq lazımdır.

Rusiya ilə konkret danışmağın indi tam zamanıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər