19 Oktyabr 2020 15:32
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya miqyasında yeni növ koronavirus (COVID-19) epidemiyasına yoluxanların sayı 40 milyon 282 minə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu pandemiyanın statistikasını aparan “Worldometer” saytı açıqlayıb.

Məlumata görə, dünya miqyasında COVID-19-dan vəfat edənlərin sayı 1 milyon 118 min 330 nəfərdir.

Virusa yoluxan 30 milyon 120 min nəfər sağalıb, 9 milyon 43 min 677 nəfərin müalicəsi davam edir.

ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə lider olaraq qalır. Ölkədə bu günədək 8 milyon 387 min 799 nəfərdə yoluxma faktı və 224 min 730 ölüm qeydə alınıb.


Müəllif: Yeganə Oqtayqızı