“COVID-19 epidemiyasının baş verməsi səbəbindən qlobal iqtisadiyyatda bərpa prosesi son dərəcə qeyri-sabit inkişaf edəcək. Üstəlik, qlobal iqtisadiyyat yeni ciddi problemlərlə qarşılaşa bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin Rusiya Sənayeçiləri və Sahibkarlar Birliyinin nümayəndələri ilə keçirdiyi görüşdə epidemiya səbəbindən qlobal iqtisadiyyatın çətin bir dövrdən keçdiyini vurğulayıb:
"Bəzi ölkələrdə komendant saatı yenidən tətbiq olunur. Vətəndaşların iş və gəlirlərini qoruya bilmək vacibdir. Dövlət, iş dünyası, qurumlar və vətəndaşlar bu mübarizədə koordinasiyalı hərəkət etməlidirlər".
Qeyd edək ki, epidemiya və qlobal əmtəə qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Rusiya iqtisadiyyatı bu ilin ikinci rübündə 8,5 faiz azalıb.
Rusiya Mərkəzi Bankının təxminlərinə görə, keçən il 1,3 faiz böyüyən ölkə iqtisadiyyatının bu il 4,5-5,5 faiz arasında azalacağı gözlənilir.