3 Noyabr 2020 15:21
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərkibində ağ fosfor olan silahlar orqanizmə daxil olduqda zəhərləyici funksiya daşıyır. Dəri ilə təmasda isə insanın sümüyünə qədər yanıqlara səbəb olur. Bir çox daxili orqanları sıradan çıxarır.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir: "Ağ fosfor tərkibli silahlardan istifadə beynəlxalq konvensiyalar çərçivəsində qadağan olunub. Ağ fosforlu silahlar kimyəvi kateqoriyaya daxil olmasa da, istifadəsi qadağan olunduğu üçün Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiq mexanizmi işə düşməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər