5 Noyabr 2020 20:38
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda həm də Azərbaycan ordusunun döyüş meydanında əldə uğurların siyasi- diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edirdi. Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırki mərhələdə ən aktual vəzifələrdən biridir.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, sentyabr ayının 27-dən bəri Prezident İlham Əliyevin dünyanın aparıçı media qurumlarına verdiyi müsahibələr əslində ordumuzun uğurları üçün siyasi təhlükəsizlik çətiri yaradır ki, bu da növbəti addımlar üçün yaxşı imkanlar açır:

“Hər şeydən öncə məsələnin hüquqi tərəflərinə diqqət çəkən Prezident İlham Əliyev Ermənistanın işğalçı olduğunu və bu işğal faktının 30 ilə yaxındır davam etdiyini bildirməklə bu mərhələdə müvafiq beynəlxalq təşkilatların faktiki olaraq problemin həlli üçün heç bir addım atmadıqlarını, bütün sülh danışıqlarının nəticəsiz qaldığını və yaranmış vəziyyətin işğalçı ölkəni yeni ərzailərimizi işğal etməyə həvəsləndirdiyini bildirdi. Əlbəttə, Azərbaycan daha artıq buna dözə bilməzdi və Ermənistanın yeni hərbi-siyasi təxribatları münaqişənin aktiv fazaya keçməsini şərtləndirdi. Azərbaycan Ordusu qısa müddət ərzində ciddi hərbi naliyyətlər əldə etməklə bütün dünyaya öz gücünü göstərdi. İllərdir formalaşan “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi. Erməni faşizminə əsaslanan işğal siyasətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərtlər yaratdı. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi terror siyasətinin sülhü təhdid edən vasitə kimi ortadan qaldırılması istiqamətində işğalçı ölkəyə yaxşı dərs verdi . Eyni zamanda işğalçı Ermənistanın regiona cəlb etdiyi çoxsaylı terror təşkilatı üzvlərinin də cinayətlərinin qarşısını aldı. Beləliklə regionda yeni hərbi-siyasi reallıq yaratdı. İşğalçı ölkənin baş naziri Paşinyanı dünya dövlətlərinin liderlərinə fasiləsiz telefon edərək bu və ya digər formada yardımlar istəməyə məcbur etdi. Bu, işğalçı ölkəyə və onun terrorçu ordusuna verilən tarixi dərs idi”.

Hikmət Babaoğlu qeyd edib ki, ancaq bütün bunlara baxmayaraq Azərbaycan bu gün də beynəlxalq hüquqa və onun tələblərinə, problemin ən qısa zamanda danışıqlar yolu ilə həll edilməsinə sadiqdir:

“Bunun üçün hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilməli və ya əslində Azərbaycan ordusunun yerinə yetirdiyi bu qətnamələrin geri qalan hissəsindən işğalçı ordunun dərhal çıxarılması ilə bağlı Ermənistan tərəfi qrafik təqdim etməlidir. Təcrübə isə onu göstərir ki, Ermənistan bunu etmir, tam əksinə vəziyyəti daha da gərginləşdirmək üçün humanitar atəşkəslə bağlı razılaşmaları pozur. Dinc əhalini və mülki obyektləri raket atəşinə tutmaqla sivil vətəndaşlarımızı hədəfə alır. Beləliklə, hərbi cinayətə əl atır və faktiki olaraq terror törədir. Üstəlik əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma “Dağlıq Qarabağ ordusu”na qoşmaqla beynəlxalq hüququn tələblərini pozur. Ona görə də işğala son qoyulmayana qədər Azərbaycan Ordusu öz legitim və beynəlxalq hüquqa əsaslanan əməliyyatlarını davam etdirəcək. Torpaqlarımızı işğaldan azad edərək regionda sülhü və inteqrasiyanı təmin edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər