Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı bəyanat qəbul edib.
Teleqraf.com xəbər verir ki, bəyanatı Milli Məclisin tribunasından deputat Cavanşir Feyziyev oxuyub.
Bəyanatda Fransanın beynəlxalq hüquqa və özünün də zamanında beynəlxalq hüquq prinsipi əsasında Azərbaycanla bağlı səs verdiyi ədalətli qərarlara qarşı hörmətsizlik kimi qiymətləndirilir.
Milli Məclisin qəbul etdiyi bəyanatın sonunda hökumətə üç əsas tövsiyə irəli sürülüb.
Bunlardan birincisi, Fransa dövlətinin ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilməsidir.
İkincisi, Azərbaycan-Fransa arasında siyasi münasibətlərə yenidən baxılması, üçüncüsü, Fransa ilə mövcud iqtisadi əlaqələrə baxıb yenidən qiymətləndirilməsi tövsiyə edilir.