1 Dekabr 2020 11:42
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları 10 kilometrə yaxın yolu minalardan təmizləyib. Laçın dəhlizində minə yaxın partlayıcı maddəni zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda qeyd edilir ki, rus sülhməramlıları Laçın dəhlizi ərazisində partlayıcı maddələri təmizləyib və döyüş zamanı məhv olan yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir aparan qrupların təhlükəsizliyini təmin edib.

Ümumilikdə sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolu təmizləyib.100-dən çox evi və sosial əhəmiyyətli obyektlər yoxlanılıb, min ədəd partlayıcı maddə aşkar edilərək zərərləşdirilib.

Nazirlik qeyd edib ki, aşkar olunan partlayıcı maddələrin, eləcə də tərk edilən və ya istifadə olunmamış sursatlar xüsusi təchiz edilən poliqona aparılıb və məhv edilib.

Bildirilib ki, rus sülhməramlıları elektrik xətlərinin, qaz kəmərlərinin, rabitə xətlərinin və transformator yarımstansiyalarının bərpası ilə bağlı təhlükəsizliyi təmin edirlər. Üç elektrik ötürücü qüllə, 1,2 min kilometr qaz kəməri, 1,5 kilometr rabitə xətti və iki transformator yarımstansiya bərpa edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər