Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun üzvlərini dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti Azərbaycanın 44 gün davam edən mübarizəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib:
“Qazilərimizə şəfa arzulayıram. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?"