Maskalardan istifadəni əhalinin böyük kütləsi vaksinasiya olunana qədər davam etdirməliyik.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, vaksin vurulan kəslər özünü və ətrafdakıları qorumaq üçün maskadan istifadə etməlidir.