Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu məsələ Milli Məclisdə bu gün müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanunda öz əksini tapıb.
Qeyd edək ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.
Üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi qəbul edilib.