26 Dekabr 2020 00:39
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da hazırlanan koronavirus peyvəndi “Moderna”nın yan təsiri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, peyvəndin üz dolğusu (botokus) etdirmiş insanlarda şişkinliyə və iltihaba səbəb olduğu bildirilib.

Müqavilələrin bağlandığı ölkələrə peyvəndlər göndərilsə də, mümkün yan təsirləri tez-tez gündəmdədir. “Pfizer-BioNTech” peyvəndini tətbiq edən ilk ölkə İngiltərədə iki səhiyyə işçisində allergik reaksiyaya səbəb olmuşdu. Mütəxəssislər allergiyası olanların ilk mərhələdə vaksinasiya olunmamasını bildirir.

“Moderna” peyvəndinin yan təsirinə bu dəfə bir yenisi də əlavə olunub. Belə ki, FDA məsləhət komitəsi peyvəndin kosmetik üz doldurucuları kimi estetik müdaxilə edən insanlarda yan təsirləri olduğunu açıqlayıb. Klinik sınaqlarda meydana gələn yan təsirlər, dolğu olunan bölgədə iltihab və şişkinlik olaraq müşahidə edilib.

Professor Şirley Çi sözügedən yan təsiri immun sisteminin verdiyi reaksiya olaraq dəyərləndirib: “Peyvənd vurulduqda immun sistemi daha sürətli işləməyə başlayır. Bu müddətdə immun sistemi bədəndə təbii olaraq əmələ gəlməmiş dolğu kimi maddələrə qarşı iltihab reaksiyası göstərə bilər”.

O bildirib ki, yan təsirləri olan könüllülərdən biri peyvənddən 6 ay əvvəl yanaq, digərində isə dodaq dolduğusu etdirib: “Xəstələr stereoid və anti-histamin müalicəsi ilə sağlamlıqlarına qovuşub”.

Qeyd edək ki, Avropa Dərman Agentliyi (EMA) və ABŞ Qida və Dərman İdarəsi (FDA) əvvəlcə “Pfizer-BioNTech” tərəfindən hazırlanan peyvəndi, daha sonra “Moderna” peyvəndinin təcili istifadəsini təsdiqləyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər