27 Yanvar 2021 15:29
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, vebinarın çox maraqlı mövzusu var.

O qeyd edib ki, diplomatiya gələcək haqqında proqnoz verməkdən həmişə çəkinir:

“Əgər məndən başqa bir ölkə ilə bağlı proqnoz verməyimi istəsəydilər, mən bir diplomat kimi bundan çəkinərdim. Amma Türkiyə ilə əlaqələr sıradan bir əlaqələr deyil. Bu əlaqələrin kökündə iki xalqın bir-biri ilə sıx əlaqələri dayanır. Əminliklə demək olar ki, qarşıdan gələn on və yüz illərdə bu əlaqələr daha da güclənəcək. Biz bu əlaqələri emosional və duyğusal çalarlar olmadan görə bilmirik. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Cənab prezidentin bir fikrini sitat olaraq demək istəyirəm ki, dünyada bir-birinə bağlı olan bir sıra ölkələr var. Amm onlar arasındakı münasibətlər Türkiyə və Azərbaycan arasındakı münasibətlər kimi yüksək səviyyədə deyil. Cənab İlham Əliyev və cənab Rəcəb Tayib Ərdoğan bunun üçün gözəl zəmin yaradıb”.

Hikmət Hacıyev qeyd edib ki, 102 il öncə özünün üzləşdiyi çətinliklərə baxmayaraq Osmanlı dövləti Azərbaycaan köməyə gəlib və Bakını azad edərək yeni geosiyasi şərait yaradıb:
“Yüz il sonra – 2018-ci ildə bu münasibətlə Bakıda keçirilən parad da strateji zəmində iki ölkənin sıx əməkdaşlığının nümayişi idi”.

Hikmət Hacıyev Vətən Müharibəsi zamanı Türkiyənin mənəvi, psixoloji, siyasi dəstəyinin Azərbaycanın mövqelərini daha da gücləndirdiyini vurğulayıb:
“Nəticə etibarilə biz qalib gəıldik və regionda geosiyasi vəziyyəti dəyişdirk. Onu da deməliyəm ki, bugünkü beynəlxalq münasibətlər 1910-cu ildəki beynəlxalq münasibətlərə bənzəyir və COVİD-19 epidemiyasının yaratdığı vəziyyət isə 1929-33-cü illərdəki böhranla müqayisə olunur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər