27 Yanvar 2021 16:25
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müstəqilliyini qazanandan etibarən Qarabağ başda olmaqla Azərbaycana bütün sahələrdə dəstək verən bir ölkə olub. Vətən Müharibəsində də Türkiyə Azərbaycanı tək buraxmayıb, bütün vasitələrlə onu müdafiə edib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) xarici siyasət direktoru, Ankara Sosial Elmlər Universitetinin müəllimi prof. dr. Muhiddin Ataman bildirib.

O qeyd edib ki, Türkiyə müharibə başa çatandan sonra da Azərbaycanı dəstəkləməyə davam edir:

“Bakıda keçirilən Zəfər paradı bunun zirvə nöqtəsi idi. Türkiyə-Azərbaycan münasibətləri dünyada ən nümunəvi münasibətlərdəndir. İki ölkənin münasibətləri türk dünyası ölkələrinin əlaqələrinin möhkəmlənməsində də mühüm rola malikdir. Unutmayaq ki, Türk Şurasının əsası 2009-cu ildə Naxçıvanda qoyulub. Geniş regional əsasda isə Türkiyə-Azərbaycan əlaqələri islam dünyası əlaqələri kontekstində nəzərdən keçirilməlidir. Pakistan başda olmaqla bir çox müsəlman ölkələri bu məsələdə çox konkret mövqe sərgiləyərək Azərbaycan və Türkiyənin yanında oldular”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər