27 Fevral 2021 16:01
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhürünü vuran Azərbaycan Prezidentinin "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bu gün reallığa çevrilib. “Dəmir yumruq” əməliyyatı "böyük ermənistan” mifini darmadağın edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, dünya ictimaiyyəti “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə kifayətlənməyən, siyasi, diplomatik bacarığa malik dövlət rəhbərini gördü:

“Fevralın 26-da dövlət başçısı yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Burada Azərbaycanın qətiyyətli mövqeyi bir daha nümayiş olundu. Ölkə Prezidentini fərqli ölkələrin jurnalistlərinin suallarını siyasi qətiyyətli şəkildə cavablandırması göstərdi ki, Azərbaycan tarixinin parlaq dövrünü yaşayır. Dövlət başçısı səbr, təmkin və iti siyasi-diplomatik zəkası, məqsədyönlü bacarığı ilə ən uğurlu siyasət adamıdır. Məhz onun tərəfindən reallaşan siyasət Azərbaycanı dünya birliyinin nüfuzlu üzvünə, etibarlı tərəfdaşına çevirib”.

Naqif Həmzəyevə görə, mətbuat konfransında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Azərbaycanın qlobal siyasi proseslərə, münasibətlər sisteminə öz baxışı olduğunu gəstərdi:

“Bu uğurlu nəticəyə ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində nail olunub. Azərbaycan bu gün Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər