Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib.
Onun sözlərinə görə, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".