4 Mart 2021 12:38
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə bağlı idxal əməliyyatlarında qadağalar demək olar ki, yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib:

"Tibbi vasitələrin gətirilməsində bəzi rüsumlar qoyulub ki, bu da yerli idxalın artması ilə əlaqədardır. Eyni zamanda ölkədən tibbi məhsulların ixracında bəzi məhdudiyyətlər tətbiq olunub".

Səfər Mehdiyev qeyd edib ki, yaxın zamanda elektron ticarətdə vətəndaşların işinin asanlaşdırılması üçün tək bəyannamənin yazılmasına başlanılacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər