Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə yeni açıqlama yayıb.
Teleqraf.com açıqlamanı təqdim edir:
1
Bakı - Quba - Rusiya ilə dövlət sərhədi
Hal-hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur.
Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.
2
Giləzi - Xızı
Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılmış, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
3
Bakı - Qobustan
Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlmiş, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
4
Qobustan - Şamaxı - Muğanlı
Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5
Muğanlı - Ağsu - Yevlax
Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6
Bakı - Ələt - Hacıqabul
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7
Hacıqabul – Ucar – Yevlax
Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonu keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
8
Yevlax – Gəncə - Qazax -Gürcüstan ilə dövlət sərhədi
Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9
Muğanlı – İsmayıllı
Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10
İsmayıllı - Qəbələ - Oğuz - Şəki
Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11
Şəki – Qax – Zaqatala – Gürcüstan ilə dövlət sərhəd
Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12
Yevlax – Şəki (Göybulaq)
Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13
Gəncə-Daşkəsən-Xoşbulaq
Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
14
Şəmkir - Gədəbəy
Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
15
Ələt – Astara – İran ilə dövlət sərhədi
Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16
Masallı – Yardımlı
Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17
Lənkəran – Lerik
Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
18
Hacıqabul – Bəhramtəpə – Horadiz
Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.