Türkiyədə İstanbul Kanalın inşaat planına razılıq verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum öz "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, bu kontekstdə tez bir zamanda addımlar atacağıq və elə edəcəyik ki, İstanbul kanalının ölkəmizə, şəhərimizə faydalı olsun".
Qeyd edək ki, yeni kanal Küçükçekmece, Sazlidere və Durusu rayonlarının ərazisindən keçəcək.
Yeni su yolunun marşrutu boyunca 10 körpünün tikilməsi planlaşdırılır.