Azərbaycanda səfərdə olan Rusiya Xarici işlər naziri Şəhidlər Xiyabanı və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Heydər Əliyev abidəsi, Şəhidlər Xiyabanı və İkinci Dünya Müharibəsi abidəsinin önünə əklil qoyub”, - Zaxarova bildirib.