13 May 2021 17:25
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fotolar əlavə olunub:

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlərlə bağlı məlumat verildi.

Bildirilib ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu.


Müəllif: Teleqraf.com