16 May 2021 11:47
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasının detalları məlum olub.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, mayın 17-dən sonra ölkə daxilində tədricən və nəzarətli normallaşmaya keçmək planlaşdırılır.

İclasda Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca son 17 gündə tam qapanmanı qiymətləndirəcək, koronavirusla mübarizə, peyvəndləmə və yerli vaksinlərlə bağlı son vəziyyət haqqında geniş məlumat verəcək.

Elmi Komitənin tövsiyələrinə uyğun olaraq tədricən aşağıdakı qərarların qəbul edilməsi gözlənilir:

May, iyun və sonrakı dövrləri əhatə edəcək tədrici normallaşma aparılacaq.

İyun ayının əvvəlinə qədər kafe və restoranlar tədricən açılacaq, sosial məsafələr, açıq oturma qaydaları, vaxt və məhdudiyyətlər, HES (Həyat Evə Sığar) kodu yerli vaxtla axşam saat 20.00-da şərti olaraq bağlanacaq.

Komendant saatı iyun ayına qədər saat 21:00-dan sonra tətbiq olunacaq.

Həftə sonu komendant saatının yalnız bazar günü davam etməsi planlaşdırılır.

İkinci mərhələnin həyata keçiriləcəyi iyun ayında yoluxma və ölüm sayı istənilən səviyyəyə çatdığı təqdirdə bazar günü komendant saatı ləğv ediləcək.

Məktəblərdə distant təhsil payıza qədər davam edəcək.

Birinci mərhələdə toy, nişan, yas mərasimləri və əsgərlərlə vidalaşmaq kimi izdiham yaradan tədbirlərə icazə verilməyəcək.

Yoluxma sayı 5 mindən aşağı düşərsə, toy, nişan və yas mərasimilərinə iyul ayından etibarən nəzarətli şəkildə icazə veriləcək.

Normallaşmanın ilk mərhələsində alış-veriş mərkəzləri (AVM), bərbərlər, gözəllik və idman salonlarının da açılması planlaşdırılır.

İyunun 1-dən sonra veriləcək nəzarətli normallaşmanın ikinci mərhələsində, yoluxma və ölüm nisbəti arzuolunan səviyyədən aşağı düşərsə, həftə ərzində tətbiq olunan komendant saatının müddəti azaldılcaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər