İsrailin Azərbaycandakı səfiri Corc Dik 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Teleqraf.com xəbər verir ki, diplomat tvitter səhifəsində bununla bağlı videomüraciət yerləşdirib.
“Ad günün mübarək, Odlar Yurdu Azərbaycan! Bu gün sənin 103 yaşın tamam olur. Sənə arzu edirəm ki, azadlıq, müasirlik və birlik alovun daim yansın”, – səfir deyib.