“Bu yaz insanların çoxunda immun sistemi güclənərsə, payızda maska taxmaq məcburiyyəti qaldırıla bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir erkən bir rahatlama gözlədiklərini bildirib: “Sentyabrda normal həyata qayıtmaq istəyirik. Cəmiyyətdə immun sistemi güclənməsi üçün əhalinin ən az 60 faizi peyvənd olunmalıdır. Peyvənd təqvimində ləngimə olmasa, Türkiyə payızda normal həyata qayıdacaq.
Peyvəndləməni iyun, iyul, avqust və sentyabr ayları daxil olmaqla intensiv şəkildə aparmaq istəyirik. Sonra vaksin olanların maska taxmaq öhdəliyi ləğv oluna bilər”.