27 İyun 2021 07:01
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da iki ölkə arasındakı münasibətlərin vəziyyəti və perspektivləri, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç danışıb.

Onun sözlərinə görə, ABŞ parlamentarilərilə görüş zamanı Qarabağ məsələsinə də toxunulub: "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində tanınan bir reallıqdır. Bu mövzuda yenidən Ankaranın mövqeyini ABŞ təmsilçilərinin diqqətinə çatdırdıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər