Hazırda səhiyyə sahəsində paralel və bir-birini təkrarlayan qurumların olması problem yaradır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, bununla bağlı ciddi dinləmə və tənzimləmələrə ehtiyac var ki, insanlar incidilməsin:
“Mən bununla bağlı müvafiq qurumlara müraciət etmişəm”.