12 Sentyabr 2021 23:56
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tədrisi qeyri-dillərdə təşkil olunmuş siniflərdə Azərbaycan dili saatları təxminən 2 dəfə artırılıb, o cümlədən “Zəfər tarixi” dərsliyi Azərbaycan dilində tədris olunacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

“Eyni zamanda, biz bəzi hallarda müşahidə edirik ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili imtahanından aşağı bal yığan məzunlarımız var. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Bu baxımdan düşünürəm ki, faydalı qərardır və ictimaiyyət də bunu müsbət qarşılayacaq”, - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər