27 Sentyabr 2021 09:39
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr - İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım Günündə İkinci Fəxri Xiyabanda izdiham müşayiət olunur.

Teleqraf.com xəbər verir ki, sadə insanlarla yanaşı, dövlət və hökumət nümayəndələri, icra hakimiyyəti orqanlarının əməkdaşları şəhid ailələri ilə birlikdə şəhid qəbirlərini ziyarət edirlər.

Şəhidlərin ruhuna dualar oxunur, qəbirləri üzərinə gül-çiçək dəstələri qoyulur. Ziyarət edənlər şəhid ruhları qarşısında ehtiramlarını bildirirlər.


Müəllif: Teleqraf.com