13 Noyabr 2014 15:00
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin qəbul etdiyi sənədlərə istinadən deyirəm ki, “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun Moskvada heç bir nümayəndəliyi yoxdur.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu “Kommersant” radiosuna müsahibəsində deyib.

Sözügedən radionun qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi adlandırdığı şəxsin açıqlamasını efirə verməsinə münasibət bildirən səfir belə bir nüfuzlu kanalın həmin şəxsə efir verməsinin Azərbaycan tərəfində təəccüb doğurduğunu bildirib: “Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Sizdən xahiş edirəm ki, gələcəkdə öz redaksiya siyasətinizi dövlət siyasəti ilə uyğunlaşdırasınız. Çünki ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımamaqdır. Məndə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi notası var və orada göstərilir ki, Rusiya Dağlıq Qarabağı respublika kimi tanımır və Dağlıq Qarabağın Rusiya ərazisində heç bir nümayəndəliyi yoxdur”.


Müəllif:

Oxşar xəbərlər