26 Noyabr 2021 18:34
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndiririk.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Prezident qeyd edib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır:

“Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər