"Əziz “Qarabağ” futbol klubunun nümayəndələri. Sizi əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. “Qarabağ” futbol klubu Azərbaycan azarkeşlərini, deyə bilərəm ki, bütün Azərbaycan xalqını bir daha sevindirib".
Teleqraf.com-un xəbərinə görə, bunu dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev EFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.
"Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar", - Prezident vurğulayıb.