9 Yanvar 2022 15:36
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin hərbçilərinin Suriya ilə sərhəddə həlak olması ilə bağlığı başsağlığı verib.

Teleqraf.com-un xəbərinə görə, başsağlığı səfirliyin tviter səhifəsində yayılıb.

Paylaşımda deyilir:

“Qəhrəman əsgərlərimizə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı diləyirik”.

Qeyd edək ki, hadisə dünən Şanlıurfada, sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub. Öz növbəsində Türkiyə hərbçiləri də dünən PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər