15 Aprel 2014 18:12
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhəd Əhmədov tikinti biznesilə məşğul olmadığını bildirir

80 saylı İmişli-Beyləqan seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Əhəd Əhmədov barəsində yazılanlara etiraz edir. Sabiq millət vəkili Teleqraf.com-a açıqlamasında bildirib ki, bəzi mətbu orqanlar onun tikinti biznesi ilə məşğul olduğunu yazır.

"Hər kəs bilir ki, mən taxılçılıqla məşğulam. Əvvəllər böyük taxıl sahələrim olub. Amma son illər bu işə fasilə vermişəm. Buna baxmayaraq bəzi qəzetlər yalandan yazırlar ki, guya mən tikinti biznesilə məşğulam. Tamamilə yalandır. Mən başa düşə bilmirəm ki, onlar niyə görə yoxlanılmamış məlumatlar yayırlar. Məgər, məni tapıb mövqeyimi öyrənmək çox çətindir? Görünür, onların bir məqsədi var, məni qaralamaq. Amma istədiklərinə nail ola bilməyəcəklər", - deyə Ə.Əhmədov qeyd edib.

Sabiq deputat əlavə etdi ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəis müavini vəzifəsində çalışır.

Ruslan


Müəllif: