29 May 2022 13:06
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da “TEKNOFEST Azərbaycan” festivalının son günündə Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə hava şousu davam edib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları təşkil olunub.


Müəllif: Teleqraf.com