“Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların həyatını stabil etmək üçün Bosniya və Herseqovinanın təcrübəsini öyrənir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, həmin ölkənin təcrübəsindən yararlanıb işğaldan azad edilmiş ərazilərdə infrastruktur qurulur və ən əsası iş yerləri yaradılır.