Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan dövlət başçısı Sadır Japarovla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.
“Bu gün biz, həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsini müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.