Paşinyan (Ermənistan baş naziri) yazıb ki, Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasını keçirməyi təklif edib. Niyə Moskvada olmasın? Nə deyirsən, Paşinyan?
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Korotçenko özünün Teleqram kanalında “ABŞ-ın altına uzanmaq üçün fürsət yaranarsa, Paşinyan Rusiyaya xəyanət edəcəkmi?” sualı ilə sorğu da keçirir.