Ermənistan hökuməti Qarabağ separatçılarına 20 milyard dram kredit ayıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
Məlumata görə, kredit separatçı rejimə illik 0.01 faiz dərəcəsi və 1 yanvar 2026-cı ilədək ödəmə müddəti ilə veriləcək.
Kreditin “məcburi köçkünlər” üçün yaşayış evlərinin tikintisi və təchizatı, habelə banklar qarşısında öhdəliklərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğu bildirilir.