Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə rəsmi tviter səhifəsində paylaşım edib.
"Qəhrəmancasına mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa vəsilə olan Azərbaycanın Zəfər Günü mübarək.
Zəfərlərin əbədi olsun, can Azərbaycan!", -Çavuşoğlu bildirib.